Haqqımızda

Haqqımızda

Keyfiyyət və peşəkar idarəetmə

Haqqımızda

Keyfiyyət və peşəkar idarəetmə

W.M. GROUP müxtəlif miqyaslı sənaye, kommersiya, logistika və inzibati obyektlərin "sıfırdan" inşası və tam istismara verilməsi üzrə geniş texniki potensiala malikdir.

Şirkətin icra imkanları ümumi tikinti və beton-armatur işlərini, metal konstruksiyaların hazırlanması və montajını, HVAC (isitmə-soyutma və havalandırma) sistemlərini, mexaniki yanğından mühafizə sistemlərini, eləcə də elektrik və zəif axın şəbəkələrini vahid mühəndis koordinasiyası altında birləşdirir.

Bundan əlavə, fasad konstruksiyaları, fit-out və daxili təmir işləri, həmçinin istilik, hidro və səs izolyasiyası həlləri obyektlərin enerji səmərəliliyini, təhlükəsizliyini və uzunmüddətli istismar dayanıqlığını təmin edir. Müxtəlif podrat və tərəfdaşlıq formatlarında çevik işləmə bacarığı, resursların səmərəli idarə olunması və texniki standartlara ciddi riayət W.M. GROUP-a mürəkkəb və məsuliyyətli layihələri vaxtında və yüksək keyfiyyətlə təhvil verməyə imkan yaradır.

PDF-i yüklə

Missiyamız

Hər bir layihədə beynəlxalq normalara və təhlükəsizlik standartlarına tam riayət edərək müştərilərimizə açar təhvil üstünlük qazandırmaq.

Baxışımız

Regionda kompleks tikinti və mühəndislik həlləri üzrə ən etibarlı baş podratçılardan biri olmaq.

Strateji baxış

Etibarlı tərəfdaşlıq və uzunmüddətli əməkdaşlıq

Peşəkar heyət

Təcrübəli mühəndis, memar və ustalar qrupu

SƏTƏM standartları

İş yerində tam təhlükəsizlik və ekoloji nəzarət

12+Aparıcı tikinti şirkətləri ilə tərəfdaşlıq
100%Müştəri məmnuniyyəti və təhvil öhdəliyi
10+İxtisaslaşmış xidmət istiqaməti
24/7Sahə mühəndisliyi və texniki nəzarət
Haqqımızda

İdarəetmə strukturu

Təsisçi
Baş direktor
Direktor müavini

Layihələr idarəetməsi departamenti

  • Layihə meneceri
  • Sahə rəisləri
  • SƏTƏM (HSE) mütəxəssisi

Mühəndislik və texniki şöbə

  • Baş mühəndis
  • MEP mühəndisləri
  • Smeta və tender mütəxəssisi
  • QA/QC nəzarət

Təchizat və logistika şöbəsi

  • Satınalma mütəxəssisi
  • Anbar və təchizat koordinatoru

Maliyyə və inzibati şöbə

  • Baş mühasib
  • HR və kadrlar
  • Hüquq və sənədləşmə
İnsanlarımız

Komandamız

ƏƏ Ofis komandası

Əhəd Əliyev

Direktor

Şirkətin strateji idarəetməsi, tərəfdaşlıq münasibətləri və layihələrin ümumi koordinasiyası.

Sahə idarəetməsi Sahə komandası

Sahə idarəetməsi

Sahə rəisi, prorab və sahə mühəndisləri

Gündəlik tikinti-quraşdırma işlərinin qrafikə uyğun icrasına nəzarət, briqadaların iş bölgüsü və sahə təhlükəsizliyi.

MEP briqadası Sahə komandası

MEP briqadası

HVAC, santexnika, elektrik və yanğın sistemləri ustaları

İstilik, havalandırma, su-kanalizasiya, elektrik və yanğından mühafizə avadanlıqlarının quraşdırılması.

Tikinti və montaj heyəti Sahə komandası

Tikinti və montaj heyəti

Betonçu, armaturçu, qaynaqçı və montajçılar

Beton-armatur, metal konstruksiya, hörgü və bəzək işlərinin icrası.

SƏTƏM və keyfiyyət Sahə komandası

SƏTƏM və keyfiyyət

HSE mütəxəssisi və QA/QC mühəndisi

Təhlükəsizlik qaydalarına riayət, risklərin qiymətləndirilməsi və iş keyfiyyətinin yoxlanılması.